• $
  • €
  • ₽
  • ₺
  • £

Mən heç kimə rüşvət verməmişəm - "Ağçiçəyim" şəbəkəsinin rəhbəri

Mən heç kimə rüşvət verməmişəm - "Ağçiçəyim" şəbəkəsinin rəhbəri
14.01.2026 15:51

Nəsimi rayonunun sabiq icra başçısı Elxan İbrahimovun “Ağçiçəyim” mağazalar şəbəkəsindən 200 min manat rüşvət istədiyinə görə vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlar təkzib edilib.

“Ağçiçəyim” mağazalar şəbəkəsinin rəhbəri Ceyhun Əliyev Manşet.az-a açıqlamasında bildirib ki, yayılan iddialar həqiqətə uyğun deyil və Elxan İbrahimov tərəfindən ondan hər hansı rüşvət tələbi olmayıb.

“Bu məlumat tamamilə yalandır. O, məndən rüşvət istəməyib, mən də onun barəsində heç bir quruma şikayət etməmişəm. O, yeni təyin olunmuşdu və bizim aramızda heç bir münasibət olmayıb”, – Əliyev bildirib.

Onun sözlərinə görə, şirkət 30 ilə yaxındır fəaliyyət göstərir və bu müddət ərzində müxtəlif icra başçıları ilə işləyib, lakin heç vaxt bu cür hallarla üzləşməyib. “Biz hər zaman dövlətə sadiq olmuşuq və dövlət tədbirlərində iştirak etmişik. Həmin şəxsin də bizə qarşı hər hansı neqativ davranışı olmayıb”, – biznesmen əlavə edib.

Elxan İbrahimov Prezident İlham Əliyevin 12 noyabr tarixli sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş, 29 dekabrda isə vəzifəsindən azad edilmişdi.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol