• $
  • €
  • ₽
  • ₺
  • £

“Tərtər işi”ndə 600 min tələb etsələr də onlara 20 min ödəniləcək

“Tərtər işi”ndə 600 min tələb etsələr də onlara 20 min ödəniləcək
14.01.2026 17:32

2017-ci ildə “Tərtər hadisələri” zamanı vəfat etmiş polkovnik-leytenant Saleh Qafarovun iki övladına dövlət tərəfindən təzminat ödəniləcək.

Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, mərhum zabitin hər bir övladına 10 min manat olmaqla, ümumilikdə 20 min manat kompensasiya ayrılması qərara alınıb. Məhkəmə iddianı qismən təmin edib.

İddiaçılar atalarının ölümü ilə bağlı hər biri üçün 600 min manat təzminat tələb etmişdilər. İş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Nazirliyin nümayəndəsi iddia ilə razılaşmayaraq, qurumun hərəkətləri nəticəsində iddiaçılara zərər dəymədiyini bildirib.

Qərardan həm iddiaçılar, həm də Maliyyə Nazirliyi narazı qalıb.

“Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra Saleh Qafarova bəraət verilib. 2024-cü ildə onun həyat yoldaşı Natəvan Qafarovaya 50 min manat təzminat ödənilib.

Yenilənmiş istintaq çərçivəsində, aralarında yüksəkrütbəli zabitlərin də olduğu bir neçə hərbçi həbs edilib və barələrində məhkəmə hökmü çıxarılıb.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol