• $
  • €
  • ₽
  • ₺
  • £

Regional məsələlər komitəsi payız sessiyasında 20 qanun layihəsinə baxıb - Komitə sədri

Regional məsələlər komitəsi payız sessiyasında 20 qanun layihəsinə baxıb - Komitə sədri
16.01.2026 14:07

 Milli Məclisinin Regional məsələlər komitəsi 2025-ci ilin payız sessiyası dövründə 7 iclas keçirib və ümumilikdə 22 məsələni müzakirə edib. Bunu komitə sədri Siyavuş Novruzov bildirib.

Müzakirə olunan qanun layihələrindən 20-si Milli Məclisin plenar iclasına tövsiyə edilib və parlament tərəfindən qəbul olunub.

Sessiya dövründə komitədə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında”, Əmək, Cinayət, Vergi və Cəzaların İcrası məcəllələrinə dəyişikliklər, sosial sığorta, məşğulluq, bələdiyyələrin statusu, əlilliyi olan şəxslərin hüquqları, gender bərabərliyi, ünvanlı dövlət sosial yardımı və digər sosial-iqtisadi sahələri əhatə edən qanun layihələri müzakirə edilib.


Hesabat dövründə Regional məsələlər komitəsinin üzvləri tərəfindən vətəndaşların müraciətləri də nəzərdən keçirilib. Komitənin elektron ünvanına 46, kağız daşıyıcıda isə 214 müraciət daxil olub. Ümumilikdə 1267 müraciət baxılıb, onların bir hissəsinin icrası təmin edilib, digər qismi aidiyyəti dövlət qurumlarına göndərilib və qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı vətəndaşlara izahat verilib.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol