• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat qanunların icrasına sistemli monitorinq mexanizminin yaradılmasını təklif edib

Deputat qanunların icrasına sistemli monitorinq mexanizminin yaradılmasını təklif edib
16.01.2026 14:33

Milli Məclisin deputatı Vasif Qafarlı komitələrin səlahiyyətlərinə aid qəbul edilmiş qanunların icra vəziyyətinin planlı və sistemli əsaslarla monitorinq edilməsini təklif edib.

Deputatın sözlərinə görə, bu məqsədlə müvafiq icraedici orqanlardan illik və ya yarımillik dövriliklə hesabatların alınması, monitorinq nəticələrinin komitə iclaslarında müzakirə olunması və zərurət yarandıqda normativ-hüquqi aktlara dəyişiklik təşəbbüslərinin irəli sürülməsi məqsədəuyğundur.

Qafarlı bildirib ki, qanunların real icra vəziyyətinin mütəmadi izlənilməsi qanunvericilik fəaliyyətinin praktiki səmərəliliyini artıracaq, icra prosesində yaranan institusional və normativ boşluqların vaxtında müəyyən edilməsinə imkan verəcək.

Deputat əlavə edib ki, bu yanaşma qanunverici və icraedici hakimiyyət orqanları arasında hesabatlılığı və koordinasiyanı gücləndirəcək, hüquqi tənzimləmənin isə real ictimai ehtiyaclara uyğunlaşdırılmasına xidmət edəcək.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol