• $
  • €
  • ₽
  • ₺
  • £

“28 May”–“Cəfər Cabbarlı” stansiyaları arasında əlavə piyada tunelinin inşasına başlanılıb

“28 May”–“Cəfər Cabbarlı” stansiyaları arasında əlavə piyada tunelinin inşasına başlanılıb
20.01.2026 11:49

Bakı metrosunun “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə piyada tunelinin inşasına start verilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun “Report”a bildirdiyinə görə, mövcud piyada keçidinin analoji nümunəsi platformanın digər tərəfində də inşa olunacaq. Hazırda tunelin qazıntı işləri aparılır.

Qeyd olunub ki, yeni keçid sərnişin axınının daha rahat və təhlükəsiz təşkili məqsədi daşıyır və metronun xətlərinin ayrılması layihəsinin tərkib hissəsidir.

Mətbuat katibi bildirib ki, “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında xətlərin fiziki ayrılması layihəsi üzrə növbəti mərhələyə başlanılıb. Hər iki stansiya yaxınlığında yerləşən hazırlıq şaxtalarında işlər tamamlanıb və tunel səviyyəsinə enilib.

Layihə çərçivəsində işlər ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla xüsusi inşaat qaydaları əsasında həyata keçiriləcək və təhlükəsizlik baxımından etibarlı üsullar tətbiq olunacaq.

Məlumata görə, xətlərin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam etməsi planlaşdırılır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol