• $
  • €
  • ₽
  • ₺
  • £

FHN kəskin hava şəraiti ilə bağlı əhaliyə təkrar xəbərdarlıq edib

FHN kəskin hava şəraiti ilə bağlı əhaliyə təkrar xəbərdarlıq edib
20.01.2026 12:06

Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında soyuq, kəskin və yağıntılı hava şəraiti müşahidə olunduğu üçün Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib.

Nazirlikdən bildirilib ki, soyuq hava səbəbindən qaz və elektrik qızdırıcılarından istifadənin artması fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Nasaz, qeyri-standart və kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə edilməməli, elektrik şəbəkəsi yüklənməməli, işlək vəziyyətdə olan cihazlar nəzarətsiz saxlanılmamalıdır.

FHN xüsusilə dağlıq ərazilərdə yaşayan vətəndaşlara şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqələrini tərk etməməyi tövsiyə edib. Zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınların məlumatlandırılması, avtomobillərin texniki vəziyyətinin mövsümə uyğunluğu və kifayət qədər yanacaq ehtiyatının təmin edilməsi vurğulanıb. Qar uçqunu riski olan ərazilərdən, dik yamaclardan uzaq durmaq və qaranlıq düşmədən geri dönmək tövsiyə olunur.

Güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri, naqillər və hündür ağacların altında dayanmaqdan çəkinmək çağırışı edilib. Küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət olunmasının vacibliyi qeyd edilib.

FHN xatırladıb ki, təhlükə zamanı 112 nömrəsinə zəng etmək lazımdır.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol