• $
  • €
  • ₽
  • ₺
  • £

Trampın yeni tarif hədələri Böyük Britaniyanı resessiya riski ilə üz-üzə qoya bilər

Trampın yeni tarif hədələri Böyük Britaniyanı resessiya riski ilə üz-üzə qoya bilər
20.01.2026 12:13

ABŞ Prezidenti Donald Trampın Böyük Britaniya və bir sıra Avropa ölkələrinə qarşı əlavə tarif hədələrinin sürətlə reallaşması halında Britaniya iqtisadiyyatı resessiya ilə qarşılaşa bilər. Bu barədə “Capital Economics”in açıqladığı hesablamalarda bildirilir.

Analitiklərin qiymətləndirməsinə görə, ABŞ-ın hazırda tətbiq etdiyi 10 faizlik idxal rüsumlarına əlavə artımlar olarsa, Böyük Britaniyanın ÜDM-i 0,3–0,75 faiz azalacaq. Dünya Bankının proqnozlarına istinadən qeyd olunur ki, tariflərin iyun ayından etibarən 25 faizə qaldırılması ölkə iqtisadiyyatına təxminən 21,6 milyard funt sterlinq həcmində zərər vura bilər.

“Capital Economics”in baş iqtisadçısı Pol Deyls bildirib ki, hazırda Böyük Britaniya iqtisadiyyatı rüblük 0,2–0,3 faiz artım tempindədir və tarif şoku qısa müddətdə baş verərsə, bu, resessiyanı tətikləyə bilər.

Məlumat Britaniyanın Baş naziri Kir Starmerin ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonu Dauninq Stritdə qəbul etməsindən sonra yayılıb. Eyni zamanda, Prezident Trampın Böyük Britaniya və daha yeddi Avropa ölkəsinə əlavə tariflər tətbiq edəcəyi ilə bağlı açıqlamasından sonra qlobal fond bazarlarında eniş müşahidə olunub. Xüsusilə avtomobil istehsalçıları zərər çəkib, Avropa birjalarında isə kəskin ucuzlaşma qeydə alınıb.

ABŞ-ın Danimarkaya məxsus Qrenlandiya ilə bağlı mövqeyini sərtləşdirməsi Avropada narahatlığı daha da artırıb. Baş nazir Kir Starmer isə bildirib ki, Böyük Britaniya ABŞ-a qarşı cavab tarifləri tətbiq etməyi planlaşdırmır və Vaşinqton gərginliyə baxmayaraq, London üçün əsas müttəfiq olaraq qalır.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol