• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin Müdafiə komitəsi payız sessiyasında 19 məsələni müzakirə edib

Milli Məclisin Müdafiə komitəsi payız sessiyasında 19 məsələni müzakirə edib
21.01.2026 11:05

Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi 2025-ci ilin payız sessiyası dövründə 24 iclas keçirib və ümumilikdə 19 məsələyə baxıb. Bubarədə komitənin bu gün keçirilən iclasında sədr Arzu Nağıyev məlumat verib. 

Bunlardan ikisi komitənin hesabatı və iş planı ilə bağlı olub. Beş qanun layihəsi üçüncü, iki qanun layihəsi isə birinci oxunuşda müzakirə edilib.


Müzakirə olunan sənədlər arasında “Azərbaycan Respublikasının daxili qoşunları haqqında”, “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin təsdiqi, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər yer alıb. Sözügedən qanun layihələri üçüncü oxunuşda qəbul edilib.


Komitə, həmçinin vergi, sosial və tibbi sığorta, dövlət rüsumları, diplomatik nümayəndəliklərdə çalışan şəxslərin sosial təminatı, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari sığorta sahəsində qanunvericiliyə dəyişiklikləri nəzərdən keçirib.


Bundan əlavə, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müvafiq komitələrin birgə iclasında müzakirə olunaraq Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.


İclaslarda Azərbaycan hökuməti ilə Moldova hökuməti arasında məxfi məlumat mübadiləsi, eləcə də Azərbaycan və Türkiyə müdafiə nazirlikləri arasında hərbi təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinə dair sənədlər də təsdiqlənib.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol