• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 7 televiziya kanalına xəbərdarlıq edilib

Ötən il 7 televiziya kanalına xəbərdarlıq edilib
21.01.2026 11:27

-ci il ərzində "Space TV", "ARB", "Xəzər TV", "MTV", “ATV”, "ARB", "Baku TV" kanallarının hərəsinə bir dəfə olmaqla ümumi 7 xəbərdarlıq edilib.

Bu barədə Audiovizual Şuradan Apa-ya məlumat verilib.

Bildirilib ki, “MTV” və “Dünya TV” kanallarının yayımı hərəsi 3 saatlıq, “Kanal S”in yayımı 24 saatlıq, "Space TV"nin yayımı 6 saatlıq olmaqla ümumi 4 yayımın dayandırılması qərarı qəbul edilib.

Bundan əlavə, "MTV" kanalının aid olduğu "Muz TV Azərbaycan" MMC-nin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi ilə bağlı protokol tərtib olunub.

Keçən il ərzində “Media haqqında” Qanunun 32.4-cü maddəsinin tələblərini yerinə yetirmədiyinə görə 11 operatorla bağlı inzibati cərimə protokolu tərtib olunaraq müvafiq məhkəmələrə göndərilmişdir. Keçirilmiş məhkəmə baxışları nəticəsində bütün yazılmış protokollar məhkəmələr tərəfindən təmin olunmuş və operatorların hər biri 5000 manat cərimə olunmuşdur.

Keçən il Audiovizual Şura müvafiq lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən subyektlərə, internet resurslara, sosial şəbəkə hesablarına qarşı da mübarizəni davam etdirmişdir. Bu sahədə Dövlət Vergi Xidməti, Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti ilə müvafiq koordinasiyalı fəaliyyət həyata keçirilmiş, lisenziya almadan qanunsuz operatorluq fəaliyyəti həyata keçirən 100-dən çox İP ünvana müraciətin məhdudlaşdırılması, habelə xarici kanalların qanunsuz retranslyasiya xidmətini təqdim edən 30-dan çox fiziki və ya hüquqi şəxsin fəaliyyətinin dayandırılması təmin edilmişdir. Bu istiqamətdə işlər daimi əsasda davam edir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol