• $
  • €
  • ₽
  • ₺
  • £

Fariz İsmayılzadə: Səfirlikləri bu dinləmələrə cəlb etmək faydalı olar

Fariz İsmayılzadə: Səfirlikləri bu dinləmələrə cəlb etmək faydalı olar
21.01.2026 13:18

Deputat Fariz İsmayılzadə regional dəhlizlər və qeyri-neft sektoru istiqamətində səfirliklərlə birgə dinləmələrin keçirilməsini təklif edib. Bu barədə deputat Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində çıxışı zamanı bildirib. 

İsmayılzadə qeyd edib ki, birinci dinləmə regionda inkişaf edən nəqliyyat dəhlizləri mövzusuna həsr oluna bilər.

O bildirib ki, Azərbaycanın təşəbbüsü ilə regionda aparılan layihələr böyük əhəmiyyət daşıyır və ictimaiyyət bu məsələlərdən məlumatlandırılmalıdır.

İkinci dinləmə qeyri-neft sektorunun inkişafı və səfirliklərin iqtisadi diplomatiyada rolu mövzusunda keçirilə bilər. Deputat vurğulayıb ki, Azərbaycana sərmayə və turizm cəlb etmək məqsədilə səfirliklərin bu prosesə aktiv cəlb olunması vacibdir.

Fariz İsmayılzadə bildirib ki, dinləmələr həm ictimai rəyin formalaşdırılmasına, həm də Azərbaycan diplomatiyasının effektivliyinin artırılmasına xidmət edəcək.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol