• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanla məhkum mübadiləsi mövzusunda dövlət siyasəti cəmiyyətə düzgün izah olunmalıdır - Deputat

Ermənistanla məhkum mübadiləsi mövzusunda dövlət siyasəti cəmiyyətə düzgün izah olunmalıdır - Deputat
21.01.2026 16:35

Azərbaycanın Ermənistana təhvil verdiyi 4 məhkumla bağlı məsələ bəzi xarici dairələrdən maliyyələşən qruplar tərəfindən ölkə əleyhinə informasiya kampaniyasında istifadə olunub. Bunu Milli Məclisin deputatı Azay Quliyev deyib.

Onun sözlərinə görə, sözügedən proses həssas xarakter daşısa da, aparılan dövlət siyasətinin mahiyyəti ictimaiyyətə düzgün və balanslı formada çatdırılmalıdır.

“Bu ideanın necə manipulyasiya edildiyini və Azərbaycanın əleyhinə istifadə olunduğunu gördük. Mövzu həssas idi, başa düşürəm ki, hər detal açıqlana bilməzdi. Amma bu cür qərarları elə təqdim etməliyik ki, yanlış interpretasiyalara imkan yaranmasın”, – Quliyev bildirib.

Deputat vurğulayıb ki, belə hallarda vətəndaş cəmiyyəti institutları ilə sistemli və düzgün kommunikasiya qurulması vacibdir. Onun fikrincə, informasiya boşluğu xarici təsir imkanlarını artırır və bu da dövlət maraqlarına zidd nəticələrə səbəb ola bilər.

Yanvarın 14-də Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyan Ermənistana təhvil verilib.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol