• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat xaricdə təhsil alanların nəticələrini təhlil etməyi təklif edir

Deputat xaricdə təhsil alanların nəticələrini təhlil etməyi təklif edir
22.01.2026 09:34

Xaricdə dövlət xətti ilə təhsil proqramının ilkin nəticələri artıq təhlil olunmalıdır. Bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib.

Deputatın sözlərinə görə, xaricdə təhsil alan və daha sonra ölkəyə qayıdan məzunların hazırkı vəziyyəti ilə bağlı geniş ictimai dinləməyə ehtiyac var.

“Bu proqramın icrasından artıq 10 il keçib. Məzunlar harada çalışırlar, hansı sahələrdə məşğuldurlar – bunları obyektiv şəkildə qiymətləndirməliyik. Proqrama milyonlarla vəsait ayrılıb və bu pullar əsasən xarici universitetlərin gücləndirilməsinə yönəlib. İlkin nəticələri təhlil etməyin vaxtıdır”, – İsmayılzadə vurğulayıb.

Deputat ikinci əsas problemin ali təhsildə ixtisasların əmək bazarının tələblərinə uyğun gəlməməsi olduğunu bildirib. Onun sözlərinə görə, bəzi universitetlərdə tədris olunan ixtisaslar real iqtisadi ehtiyaclarla uzlaşmır.

“Nə qədər sürətlə yeni ixtisaslar aça bilirik? Bəlkə müəyyən sahələrdə universitetlərə daha geniş muxtariyyət vermək olar. Bu məsələlər üzrə Elm və Təhsil Nazirliyi ilə ictimai dinləmələr keçirməliyik”, –  o əlavə edib.

Fariz İsmayılzadə qeyd edib ki, məqsəd dövlət vəsaitinin səmərəliliyinin artırılması, ali təhsilin əmək bazarı ilə əlaqəsinin gücləndirilməsi və təhsil siyasətinin uzunmüddətli nəticələrinin qiymətləndirilməsidir.

Azərbaycanda dövlət səviyyəsində xaricdə təhsil proqramlarının təşkili rəsmi şəkildə ilk dəfə 2007-ci ildə başlayıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol