• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Qafarov: vahid doktorluq sistemi əsas prioritet olmalıdır

Vasif Qafarov: vahid doktorluq sistemi əsas prioritet olmalıdır
22.01.2026 09:41

Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı hazırlanarkən sənəd yalnız cari qanun layihələri ilə məhdudlaşmamalı, uzunmüddətli və strateji islahatları əhatə etməlidir. Bunu deputat Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, müasir çağırışlar, rəqəmsallaşma, beynəlxalq təhsil məkanına inteqrasiya və akademik azadlıqlar nəzərə alınmaqla yeni “Təhsil haqqında” Qanunun hazırlanması və müzakirəyə çıxarılması yaz sessiyasının əsas prioritetlərindən biri olmalıdır.

“Mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmir. Yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır”, –  deputat qeyd edib.

Qafarov xüsusilə elmi dərəcələrin verilməsi sahəsində mövcud iki pilləli sistemin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmadığını vurğulayıb. O bildirib ki, Azərbaycan artıq 30 ildən çoxdur Avropa təhsil modelinə keçsə də, sovet dövründən qalan müdafiə mexanizmi saxlanılıb.

“Bakalavr və magistr pillələri tətbiq olunub, amma elmi müdafiədə köhnə iki pilləli sistem qalır. Magistr dissertasiyalarının elmə real töhfəsi yoxdursa, sual yaranır: bu dissertasiyalar niyə yazılır?”, - o bildirib.

Deputat təklif edib ki, ikimərhələli doktorantura sistemi mərhələli şəkildə ləğv edilsin və vahid doktorluq dərəcəsi modelinə keçid təmin olunsun. Onun fikrincə, bu yanaşma vaxt itkisini azaldacaq və elmi karyeranın daha erkən formalaşmasına imkan verəcək.

Hazırda elmi dərəcə və adların verilməsi prosesinin 4 mərhələdən ibarət, uzunmüddətli və yüksək dərəcədə bürokratik olduğunu deyən Qafarov bildirib ki, tədqiqatçılar bəzən bütün mərhələləri tamamlayanda artıq təqaüd yaşına çatırlar.

“Dünya praktikasında alim 40–45 yaşına qədər elmi mərhələləri başa vurmalı, sonrakı dövrdə elmə və kadr hazırlığına töhfə verməlidir. Bizdə isə bu prosesə bəzən insan ömrü belə kifayət etmir”, - o vurğulayıb. 

Deputatın sözlərinə görə, müasir beynəlxalq elmi mühitdə akademik nüfuz formal titullarla deyil, real elmi nəticələrlə ölçülür. Bu baxımdan, elmi fəaliyyətin qiymətləndirilməsində nəşrlər, sitat indeksləri və tədqiqat layihələrinin nəticələri əsas meyar olmalıdır.

Qafarov həmçinin xarici ekspertlərin müdafiə prosesinə cəlb edilməsini, elm və ali təhsil müəssisələrində akademik azadlıqların gücləndirilməsini, gənclərin elmə cəlb olunması üçün stimullaşdırıcı mexanizmlərin yaradılmasını və universitetlərdə əmək bazarına uyğun müasir tədris proqramlarının formalaşdırılmasını təklif edib.

Onun fikrincə, Elm və təhsil komitəsi bu istiqamətlər üzrə qanunvericilik təşəbbüsləri irəli sürməli, 2026-cı ilin yaz sessiyasında isə əsas diqqət lokal dəyişikliklərə deyil, dərin və sistemli islahatlara yönəldilməlidir.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol