• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə idman gününə həsr olunan müzakirə keçiriləcək

Milli Məclisdə idman gününə həsr olunan müzakirə keçiriləcək
22.01.2026 10:37

Milli Məclisin Gənclər və idman komitəsinin 2026-cı il üçün təsdiqlədiyi tədbirlər planına əsasən, sessiya müddətində və il ərzində gənclər və idman sahəsini əhatə edən bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə komitənin 2026-ci il işlər planında qeyd olunub. 

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və aidiyyəti federasiyaların birgə iştirakı ilə 5 Mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuş müzakirə təşkil ediləcək.


Bununla yanaşı, komitə üzvləri və deputatların iştirakı ilə gənclərin ictimai-siyasi həyatda fəal iştirakını təşviq etmək məqsədilə Beyləqan, Nizami, Gəncə-Samux, Goranboy, Zaqatala, Binəqədi, Qaradağ, Şəki, Kəlbəcər, Yasamal, Oğuz, Qəbələ, Tərtər, Ağdərə, Şabran və Xaçmaz rayonlarında gənclərlə görüşlərin keçirilməsi planlaşdırılır.


Tədbirlər planına Təhsil Nazirliyi ilə birgə “Vətənpərvər məktəblilər” layihəsinin icrası, idman federasiyaları ilə ayrı-ayrılıqda görüşlərin təşkili və onların fəaliyyəti ilə yaxından tanışlıq da daxildir.


Eyni zamanda, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda gənclər təşkilatları ilə birgə Milli Məclisdə konfransın keçirilməsi nəzərdə tutulur. Ali təhsil müəssisələrində tələbələrlə görüşlərin təşkili də tədbirlər siyahısında yer alıb.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol