• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə 2026-cı il üzrə gənclərlə bağlı tədbirlər planı hazırlanıb

Milli Məclisdə 2026-cı il üzrə gənclərlə bağlı tədbirlər planı hazırlanıb
22.01.2026 10:24

 Milli Məclisin müvafiq komitəsi 2026-cı ildə həyata keçiriləcək tədbirləri əhatə edən fəaliyyət planını təsdiqləyib. Sənədə əsasən, tədbirlər əsasən sessiya müddətində və fevralda icra olunacaq.


Plana görə, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə bağlı gənclərin maarifləndirilməsi tədbirləri təşkil ediləcək.

Həmçinin gənclər və idman sahəsində beynəlxalq təşkilatlar, eləcə də xarici dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.


Tədbirlər planına “Yaşatmaq yaşamaq kimi gözəldir” şüarı altında qanvermə aksiyasının keçirilməsi, 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycan gəncliyi: Ulu Öndər ideyalarından müasir inkişaf mərhələsinədək” mövzusunda konfransın Naxçıvanda təşkili daxildir.


Bundan əlavə, Gənclər Günü münasibətilə şəhid övladı olan tələbələrlə Milli Məclisdə görüşün keçirilməsi və Xocalı soyqırımına həsr olunmuş anım tədbirlərinin təşkili planlaşdırılır.
Sənədə görə, tədbirlərin icrasına komitə sədri və üzvləri cavabdehdir, təşkilati məsələlər isə Milli Məclisin aidiyyəti şöbələri tərəfindən həyata keçiriləcək.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol