• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda onkoloji yardım özəl tibb müəssisələrində də göstəriləcək

Azərbaycanda onkoloji yardım özəl tibb müəssisələrində də göstəriləcək
22.01.2026 12:06

Azərbaycanda onkoloji tibbi yardımın göstərilməsi özəl tibb müəssisələrinə də şamil olunacaq. Bu, Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, onkoloji yardım bundan sonra ixtisaslaşdırılmış dövlət tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq müvafiq lisenziya almış özəl tibb müəssisələrində də (lisenziyanın əlavəsinə uyğun) həyata keçiriləcək.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, onkoloji xidmət yalnız ixtisaslaşmış dövlət müəssisələri tərəfindən göstərilir və Azərbaycan vətəndaşlarının müayinə və müalicəsi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Dövlət həmçinin onkoloji xəstələrin dispanserizasiyası, müalicə və reabilitasiyasını həyata keçirən müəssisələrin yaradılmasına və maddi-texniki bazasının gücləndirilməsinə təminat verir.

Müzakirələrdə bildirilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi pasiyentin öz razılığı ilə həkim və tibb müəssisəsi seçmək hüququnu təsbit etsə də, “Onkoloji yardım haqqında” Qanun bu seçimi faktiki olaraq yalnız dövlət müəssisələri ilə məhdudlaşdırır. Nəticədə, onkoloji xidmət göstərən özəl klinikaların fəaliyyəti lisenziyadan kənar hesab olunur və məsuliyyət yaradır.

Komitədə qeyd olunub ki, ölkədə onkoloji xəstələrin sayının çoxluğu və xidmətlərin yalnız dövlət büdcəsi hesabına göstərilməsi bir sıra vətəndaşların müalicə üçün xaricə üz tutmasına səbəb olur. Halbuki, Azərbaycanda müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı kadrları olan özəl tibb müəssisələri mövcuddur.

Dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri bu xidməti göstərə biləcək. Bu isə pasiyentlərin dövlət və ya özəl tibb müəssisəsini sərbəst seçmək hüququnu təmin etməklə yanaşı, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müalicə imkanlarını genişləndirəcək.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol