• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat yenidən həkim rezidentlərin əməkhaqqı məsələsinə toxunub

Deputat yenidən həkim rezidentlərin əməkhaqqı məsələsinə toxunub
22.01.2026 12:36

Rezidentlər hazırda təqaüd formatında ödəniş alır və bu, əsl əməkhaqqı hesab edilə bilməz. Bunu səhiyyə komitəsinin üzvü deputat Rəşad Mahmudov deyob.

Deputat dinləmə formatında məsələni müzakirə etməyi təklif edib. 

"Həkim rezidentlərin əmək haqqı məsələsi müzakirə edilməlidir. Rezidentlər hazırda təqaüd xarakterli ödəniş alırlar. Bu əmək haqqı deyil. Bu, maliyyə çatışmazlığı ilə bağlı məsələ də deyil. Sadəcə arada olan bir boşluq var və bu mövzunu dinləmə formatında keçirtsək yaxşı olar", - deputat bildirib. 

Komitə sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, rezidentlərin maaşı həkimlərin orta əməkhaqqı səviyyəsinə uyğun müəyyən edilir və xəstəxananın gəlirindən əlavə ödəniş mexanizmi olmalıdır.

"Burada dinləməyə aid məsələ yoxdur. Rezidentlərin aldığı maaş həkimlərin orta əmək haqqına bərabərdir. Həkimlərin maaşı qalxdıqca rezidentlərin də maaşı qalxacaq. Nə dərəcədə mümkün olacaq ki, xəstəxananın qazandığı gəlirdən rezidentlərə əlavə maaş verilsin? Bunun bir mexanizmi olmalıdır. Buna maneə olaraq deyəcəklər ki, rezidentlərdir. Bu məsələni müzakirə etmək lazımdır", - komitə sədri bildirib. 

Onun sözlərinə görə, icbari tibbi sığorta sertifikatı olmayan həkim maaş ala bilmir və məsələnin qaydaya salınması üçün aiddyatı qurumlarla müzakirəsi vacibdir.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol