• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət aeroportlar üçün torpaq ala biləcək – qanuna dəyişiklik

Dövlət aeroportlar üçün torpaq ala biləcək – qanuna dəyişiklik
22.01.2026 16:00

Dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və aerodromların genişləndirilməsi, eləcə də yeni hava limanları və aerodromların inşası məqsədilə torpaqların alınması dövlət ehtiyacları sırasına daxil ediləcək.

Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Dəyişikliklər paketi çərçivəsində Mülki Məcəlləyə də müvafiq düzəlişlər nəzərdə tutulur.

Komitə iclasında bildirilib ki, hazırda qüvvədə olan qanunun 3-cü maddəsində torpağın alınmasına əsas verən beş dövlət ehtiyacı təsbit edilsə də, hava limanları ilə bağlı bir sıra zəruri hallar bu siyahıya daxil deyil.

Qeyd olunub ki, beynəlxalq aviasiya təşkilatlarının tələblərinin icrası, uçuşların təhlükəsizliyinin artırılması, hava limanları ətrafında mühafizə və təhlükəsizlik zonalarının yaradılması və ya genişləndirilməsi, eləcə də yeni uçuş-enmə zolaqlarının tikintisi və mövcud zolaqların genişləndirilməsi bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınmasını zəruri edir.

Lakin bu məqsədlər üçün torpaqların alınmasının qanunda açıq şəkildə əksini tapmaması, mülkiyyət münasibətlərinin tənzimlənməsində və tikinti işlərinin operativ icrasında çətinliklər yaradır.

Dəyişiklik layihəsində vurğulanır ki, hava limanları xüsusi strateji əhəmiyyətə malik obyektlər hesab olunduğundan, dövlət mülkiyyətində olan aeroport və aerodromların ərazilərinin artırılması və ya yeni obyektlərin tikintisi zamanı torpaqların dövlət ehtiyacları üçün alınması üçün hüquqi baza formalaşdırılır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol