• $
  • €
  • ₽
  • ₺
  • £

İnsan hüquqları komitəsi payız sessiyasında 11 məsələni müzakirə edib

İnsan hüquqları komitəsi payız sessiyasında 11 məsələni müzakirə edib
23.01.2026 10:01

Milli Məclisinin İnsan hüquqları komitəsi 2025-ci ilin payız sessiyası ərzində  komitənin 10 iclası keçirilib, 11 məsələ müzakirə olunub. Bu barədə komitə sədri Zahid Oruc məlumat verib. 

Bunlardan dördü qanun layihəsi olub və komitə tərəfindən Milli Məclisin müzakirəsinə tövsiyə edilib, daha sonra parlament tərəfindən qəbul edilib.


O bildirib ki, müzakirə edilən qanun layihələri əmək, mülki prosessual və inzibati məcəllələrə, habelə uşaq hüquqları, sosial müdafiə, təhsil, səhiyyə, pensiya təminatı, insan alverinə qarşı mübarizə və digər sahələrə dair dəyişiklikləri əhatə edib. Qanun layihələrindən bəziləri üçüncü oxunuşda qəbul olunub.


Onun sözlərinə görə, payız sessiyası dövründə quruma 328 vətəndaş müraciəti daxil olub.

Onlardan 33-ü təkrar müraciətlər olub. Müraciətlərin böyük hissəsi araşdırılaraq aidiyyəti dövlət orqanlarına göndərilib, 155 müraciət isə yazılı şəkildə cavablandırılıb.


Hesabatda qeyd olunub ki, komitə üzvləri sessiya müddətində vətəndaşların mütəmadi qəbulunu həyata keçirib və daxil olan sənədlərlə bağlı geniş profilli iş aparıb. Müraciətlərin əsas mövzuları hüquq-mühafizə orqanlarının fəaliyyəti, sosial müdafiə, məşğulluq, əfv, səhiyyə, mənzil və yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məsələlər olub.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol