• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz" nə deməkdir, bunu kim uydurub? - Deputatdan irad

"Azəriqaz" nə deməkdir, bunu kim uydurub? - Deputatdan irad
23.01.2026 10:25

“Azəriqaz” ifadəsinin seçilməsi anlaşılmazdır. Bunu Milli Məclisin deputatı Səyyad Aran deyib. 

Deputat bildirib ki, Azərbaycan dilinə münasibət narahatlıq doğurur və bəzi qurum adları izaha ehtiyac yaradır.

Onun sözlərinə görə, “Azərişıq”, “Azərxalça”, “Azərkosmos” kimi adlandırmalar fonunda “Azəriqaz” ifadəsinin seçilməsi anlaşılmazdır.

“‘Azəriqaz’ nə deməkdir, bunu kim uydurub? ‘Azəri’ nədir? Bu ad hansı məntiqlə seçilib. Sən bunu hansı ağılla Azəriqaz adlandırmısan. Hansı ağıllı bu sözü tapıb. Xahiş edirəm buna bir açıqlama verilsin. Bu nə Azəribazlıqdır?”, - deputat bildirib. 

Deputat bu ifadəni “farsa aid termin” kimi qiymətləndirərək, məsələ ilə bağlı rəsmi açıqlama verilməsini istəyib.

Səyyad Arаn qeyd edib ki, “azəri” anlayışı İran kontekstində daha çox tayfa və ya etnik azlıq adı kimi işlədilir və bu terminlərin Azərbaycanda dövlət qurumlarının adlarında istifadəsi dil və kimlik baxımından mübahisəlidir.

Deputatın fikrincə, bu cür adlandırmalar Azərbaycan dilinə və milli kimliyə münasibətin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Cəmiyyət 17:09
Ceyrançöldə mina partlayıb, ölən və yaralanan var
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol