• $
  • €
  • ₽
  • ₺
  • £

DYP həftəsonu ilə bağlı sürücülərə müraciət edib

DYP həftəsonu ilə bağlı sürücülərə müraciət edib
20.06.2026 09:23

Baş Dövlət Yol Polisi İdarəsi (DYP) həftəsonu ölkənin avtomobil yollarında, xüsusilə paytaxt və bölgələr arasında, həmçinin turizm və istirahət məkanlarına aparan istiqamətlərdə nəqliyyat axınının artacağının gözlənildiyini bildirib və sürücüləri ehtiyatlı olmağa çağırıb.

DYP-nin məlumatına görə, hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələri riskini artırdığından sürücülərə sürəti yol və hava şəraitinə uyğun seçmək, yorğun və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşməmək, təhlükəsiz ara məsafəsini qorumaq və riskli ötmə manevrlərindən çəkinmək tövsiyə olunub.

Qurum həmçinin sürücülərə səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamağı və yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etməyi tövsiyə edib.

Piyadalara isə yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməyi, yolu keçərkən mobil telefondan istifadə etməməyi və xüsusilə gecə saatlarında daha diqqətli olmağı tövsiyə edib.

"Yollarda təhlükəsizlik hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır", - məlumatda deyilir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Cəmiyyət 12:06
Azərbaycanda noyabrın 15-dən istilik mövsümünə başlanılır
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Cəmiyyət 11:06
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol