• $
  • €
  • ₽
  • ₺
  • £

“Arzum 9999” işi: məhkəmə hökmə aydınlıq gətirdi, ekspert sual qaldırdı

“Arzum 9999” işi: məhkəmə hökmə aydınlıq gətirdi, ekspert sual qaldırdı
03.07.2026 10:16

Bakı şəhəri Xəzər Rayon Məhkəməsi “Arzum 9999” kimi tanınan tiktoker İlduzə Hacıyeva barəsində çıxarılan hökmə sosial şəbəkələrdə və mediada geniş müzakirələrdən sonra aydınlıq gətirib.

Məhkəmənin açıqlamasına görə, Hacıyeva yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan insan ölümünə səbəb olmaqda, həmçinin yol-nəqliyyat hadisəsi yerindən yayınmaqda ittiham olunub.

İttihama əsasən, hadisə 2025-ci il iyunun 27-də saat 00:53 radələrində Bakının Xəzər rayonu ərazisində, Mərdəkan–Qala yolunda baş verib. Changan Qiyuan A05 Plug-in Hybrid markalı avtomobili idarə edən Hacıyeva Mercedes-Benz D2 markalı avtomobillə toqquşub, bundan sonra Mercedes beton maneəyə çırpılıb. Nəticədə Mercedes-in sürücüsü ölüb, sərnişin isə ağır xəsarət alıb.

Məhkəmə bildirib ki, Hacıyeva hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarını gözləmədən, zərərçəkənlərə yardım göstərmədən hadisə yerini tərk edib və daha sonra Almaniyaya gedib.

Məhkəmədə qeyd olunub ki, ekspert rəyinə əsasən, Hacıyevanın hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğunsuzluq olub və həmin tələblərə əməl edildiyi halda onun hadisənin qarşısını almaq üçün texniki imkanı var idi.

Dövlət ittihamçısı ona 5 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin olunmasını istəyib. Məhkəmə hadisə yerini tərk etməsini, zərərçəkmiş tərəflə barışığın olmamasını və azyaşlı övladlarının olmasını nəzərə alaraq Hacıyevanı 5 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Bununla yanaşı, yol nəqliyyat məsələləri üzrə ekspert Tural Yusifov oxşar halların hüquqi tərəfini şərh edərkən bildirib ki, belə işlərdə yalnız “Yol hərəkəti haqqında” qanunun hərəkətə başlama və manevr etmə ilə bağlı 42-ci maddəsi deyil, həm də ötmə qaydalarını tənzimləyən 51-ci maddə nəzərə alınmalıdır.

Onun sözlərinə görə, 42-ci maddəyə əsasən, sola dönən sürücü qarşıdan gələn nəqliyyat vasitəsinə yol verməlidir. Lakin Yusifov vurğulayıb ki, bu norma qarşıdan gələn nəqliyyat vasitəsinə aiddir, arxadan gələn və ötməyə çıxan avtomobilə yox.

Ekspert qeyd edib ki, 51-ci maddəyə əsasən, qarşıda gedən nəqliyyat vasitəsi sola dönmə işığını yandırıb sola dönmə manevrinə başlayıbsa, onu sağdan ötmək lazımdır.

“Qanunda deyilmir ki, belə halda sağdan ötmək tövsiyə olunur. Belə vəziyyətdə sürücü sağdan ötməlidir”, - Yusifov bildirib.

O, həmçinin qeyd edib ki, təhlükəsizlik baxımından sola dönən sürücü manevrə başlamazdan əvvəl arxadan avtomobilin gəlib-gəlmədiyini bir daha yoxlamalıdır. Bununla belə, ekspert vurğulayıb ki, qanuna görə, qarşıdakı avtomobilin sola dönmə işığını görən sürücü onu soldan keçməməlidir.

Yusifovun fikrincə, praktikada bu cür hallar bəzən dönmə manevri edən sürücünün əleyhinə şərh olunur, halbuki bəzi hallarda sürücülər məhkəmə yolu ilə barələrində tərtib olunmuş protokolların ləğvinə nail olublar.

Hökmlə razılaşmayan tərəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verə bilərlər.

Sosial mediada cəmiyyət tərəfindən yer alan tələblərdən biri də Məhkəmə Hüquq Şurasının Xəzər Rayon Məhkəməsinin hakiminin qərarına münasibət bildirməsi məsələsi də yer alıb. 

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol