• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı–Naxçıvan aviareyslərində "mygov"la rəqəmsal qeydiyyatabaşlanılıb

Bakı–Naxçıvan aviareyslərində "mygov"la rəqəmsal qeydiyyatabaşlanılıb
20.07.2026 11:41

"Azərbaycan Hava Yolları" QSC-nin Bakı–Naxçıvan–Bakı marşrutu üzrə səyahət edən ölkə vətəndaşları üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib. Bu barədə  Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, sərnişinlər ölkədaxili uçuşlarda fiziki sənəd təqdim etmədən, "mygov" tətbiqi vasitəsilə şəxsiyyətlərini təsdiq edə biləcəklər.

Yeni xidmət çərçivəsində qeydiyyat masasında yerləşdirilən QR kod mygov tətbiqi vasitəsilə skan edilir. Vətəndaş "mygov" tətbiqində ötürülən məlumat siyahısı ilə tanış olub icazə verdikdən sonra sərnişinin şəxsiyyət məlumatları avtomatik olaraq qeydiyyat sisteminə ötürülür və qeydiyyat prosesi daha sürətli, rahat və operativ şəkildə həyata keçirilir.

Xidmət Bakı və Naxçıvan hava limanlarında tətbiq olunur, qeydiyyat prosesinin daha səmərəli təşkili ilə sərnişinlər üçün rahat və çevik xidmət mühiti yaradır. Yeni həll hava limanlarında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sərnişin təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsidir.

Rəqəmsal qeydiyyat xidməti alternativ xarakter daşıyır. Sərnişinlər istədikləri halda əvvəlki qaydada fiziki şəxsiyyət vəsiqəsini təqdim etməklə də qeydiyyatdan keçə bilərlər.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol