Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədi rayonunda Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsi ilə Həsən bəy Zərdabi küçəsi arasındakı hissəsində təmir işləri aparılır.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, təmir işlərinin gedişindən asılı olaraq ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
AAYDA sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib























