Kiyevə dron hücumu zamanı azərbaycanlı həlak olub

Ukraynanın paytaxtı Kiyevdə sentyabrın 27-də baş verən dron hücumu nəticəsində azərbaycanlı həlak olub.
"Report"un məlumatına görə, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur.
Əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka ərazisində yaşayıb.
Məlumata görə, o, səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən dron hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib























