• $
  • €
  • ₽
  • ₺
  • £

Akif Quliyev: Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb

Akif Quliyev: Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
08.10.2026 09:41

 Üç gün əvvəl Qarabağda aparılan axtarışlar zamanı 16 nəfərə aid insan qalıqları aşkarlanaraq götürülüb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”ın ikinci günündə keçirilən panel sessiyada bildirib.

Quliyev deyib ki, Azərbaycanda məhkəmə arxeologiyası yeni elm sahəsidir və bu istiqamətdə tədqiqatların inkişafına əsas təkan 2020-ci ildəki 44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə araşdırmaların aparılması ilə verilib.

“Birinci Qarabağ müharibəsi zamanı 4 mindən artıq insan itkin sayılır. Uzun müddət Qarabağ ərazisi işğal altında olduğuna görə bu tədqiqat işlərini aparmaq mümkün deyildi. Yalnız qələbədən sonra bu ərazilərdə tədqiqatlara başlanıldı”, - Quliyev bildirib.

Onun sözlərinə görə, insan qalıqları şahid ifadələri, Beynəlxalq Qızıl Xaç Komitəsinin təqdim etdiyi məlumatlar, həmçinin tikinti və torpaq işləri zamanı təsadüfən aşkar edilən qalıqlar əsasında müəyyənləşdirilir.

Quliyev bildirib ki, Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən aparılan qazıntı və təmizləmə işlərindən sonra aşkar edilən qalıqlar Baş Prokurorluq və Məhkəmə-Tibbi Ekspertiza qurumlarına təhvil verilir.

O qeyd edib ki, tədqiqatlar zamanı həm kütləvi məzarlıqlara, həm də ayrı-ayrı insan qalıqlarına rast gəlinir. Qarabağın mürəkkəb relyefi, xüsusilə Kəlbəcər və Laçın ərazilərindəki dağlıq və sıldırım sahələr axtarış işlərini çətinləşdirir.

“Təbii amillər, o cümlədən sel, qar uçqunu və heyvanların təsiri insan qalıqlarının müxtəlif ərazilərə səpələnməsinə səbəb olub”, - Quliyev deyib.

Quliyev məhkəmə arxeologiyası üzrə yerli mütəxəssislərin hazırlanmasında beynəlxalq əməkdaşlığın mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkil etdiyi təlim və master-klasslarda Avropadan mütəxəssislər iştirak edib, azərbaycanlı mütəxəssislər isə Türkiyə, Serbiya, Almaniya və Bosniyada keçirilən təlimlərə qatılıblar.

“Az bir zamanda biz də sürətlə bu elm sahəsini mənimsəməyə başlamışıq”, - Quliyev bildirib.

Aytac Zeynalova

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Cəmiyyət 11:46
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol