Zaqatalada 14 yaşlı qız dəm qazından öldü

Zaqatala rayonunda yeniyetmə qız dəm qazından boğularaq həyatını itirib. Hadisə oktyabrın 12-də gecə saat 3 radələrində şəhərin Vidadi küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.
Məlumata görə, şəhər sakini, 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat edib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib























