• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada hər 7 nəfərdən birində psixi problem var

Dünyada hər 7 nəfərdən birində psixi problem var
13.10.2026 10:50

Dünyada 470 milyon insan narahatlıq pozğunluğundan, 322 milyon insan isə depressiyadan əziyyət çəkir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 10 oktyabr Ümumdünya Ruhi Sağlamlıq Günündə dərc etdiyi hesabatda bildirib.

Qeyd olunub ki, dünyada hər 7 nəfərdən birində  psixi problem var.

Məlumata görə,  Hər il təxminən 727.000 insan intihar nəticəsində ölür. İntihar qlobal miqyasda 15-29 yaş qrupu arasında ölümün üçüncü əsas səbəbidir. Hesabatda qeyd olunur ki, halların 73%-i aşağı və orta gəlirli ölkələrdə baş verir və yoxsulluq, zorakılıq, sosial təcrid və psixoloji dəstəyə çıxışın olmaması riski artırdığı vurğulanır.

Ruhi sağlamlıq problemlərinin miqyasına baxmayaraq, hökumətlər səhiyyə büdcələrinin yalnız 2%-ni bu sahəyə ayırırlar. Depressiyalı insanların yalnız üçdə biri rəsmi müalicə xidmətlərinə çıxış əldə edə bilir və ruhi sağlamlıq problemləri səbəbindən işçi qüvvəsinin və məhsuldarlığın itirilməsinin qlobal iqtisadiyyata illik dəyəri 1 trilyon dollar olaraq qiymətləndirilir.

ÜST-ün 44 ölkədə 280.000 gənci əhatə edən araşdırmasının məlumatlarına görə, problemli sosial media istifadəsi dörd ildə 7%-dən 11%-ə yüksəlib. Həmçinin bildirilir ki, gənclərin 12%-i video oyun asılılığı riski altındadır. Hesabatda xəbərdarlıq edilir ki, ailələri ilə üz-üzə ünsiyyət qurmaq əvəzinə, emosional boşluqlarını süni intellekt çatbotları ilə doldurmağa çalışan şəxslər tənhalığı daha da dərinləşdirir.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol