• $
  • €
  • ₽
  • ₺
  • £

“Şakro Molodoy”un adı çəkilən işdə azərbaycanlılara hökm oxunub

“Şakro Molodoy”un adı çəkilən işdə azərbaycanlılara hökm oxunub
19.10.2026 15:38

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməkdə və səlahiyyətləri olmadan gizli əməliyyat-güdüm tədbirləri həyata keçirməkdə ittiham olunan Azərbaycan vətəndaşlarına hökm oxunub.

İstintaq sənədlərinə əsasən, hər şey cinayətkar qrupun rəhbəri, kriminal aləmdə "böyük qardaş" kimi tanınan Xəqani Gülalızadənin cəzaçəkmə müəssisəsində və idman zallarında tanış olduğu şəxsləri öz tərəfinə çəkməsi ilə başlayıb. Dəstə üzvlərindən biri ifadəsində bildirib ki, işsiz olduğu üçün X.Gülalızadə onu Ukraynadakı virtual kriptovalyuta şirkətində aylıq 1200-1500 dollar maaşla operator işinə dəvət edib. Yol və hotel xərcləri qarşılanan şəxslər Kiyevə çatdıqdan sonra isə onlara tam fərqli bir "missiya" tapşırılıb.

Xəqani Gülalızadə onlara zəng edərək, məşhur "qanuni oğru" “Şakro Molodoy” (Zaxari Kalaşov) tərəfindən idarə olunan qanunsuz silahlı dəstə olduqlarını bəyan edib. O, tapşırıqların icrası zamanı zərurət yaranacağı təqdirdə hər kəsi avtomat silahlar, tapançalar və partlayıcılarla təmin edəcəyini vəd edib. Dəstə üzvlərinə bu əməliyyatların müqabilində 10 000 ABŞ dolları məbləğində pul vəd olunub.

Məhkəmə araşdırması zamanı sübuta yetirilib ki, azərbaycanlılardan ibarət qrup Ukrayna ərazisində tamah məqsədilə peşəkar güdüm fəaliyyəti həyata keçirib. Onlar hədəf seçilmiş şəxsləri iş və yaşayış yerlərinin qarşısında günlərlə izləyib, gizli foto və videolar çəkərək "WhatsApp" vasitəsilə mərkəzə ötürüblər.
Şəbəkənin əsas hədəflərindən biri Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Xüsusi Əməliyyat Mərkəzinin baş əməliyyat müvəkkili İvan Voroniç olub. Dəstə üzvləri günlərlə onun Kiyevdəki evinin və yataqxanasının qarşısında növbə çəkərək hərəkət marşrutunu çıxarıblar. Məhz bu izləmədən sonra, 10 iyul 2025-ci ildə İvan Voroniç evindən çıxıb avtomobilinə gedərkən maskalı şəxs tərəfindən odlu silahla qətlə yetirilib.

Digər hədəf isə Ukrayna ordusuna külli miqdarda maddi dəstək verən məşhur "Monobank" sisteminin rəhbəri və həmtəsisçisi Oleq Qoroxovski olub. Qrup üzvləri "Monobank"ın Dnepr şəhərindəki filiallarını və bankirin yaşadığı 9 mərtəbəli binanı turist cildinə girərək hər tərəfli lentə alıblar.

Cinayət işinin ən maraqlı detallarından biri də qrup daxilində yaranan rəqabət olub. Kiyevdə eyni evdə qalan dəstə üzvləri Xəqaninin göndərdiyi 1500 dolları bədxərclik edərək bitirdikdən sonra sərxoş vəziyyətdə bir-birlərini ittiham edərək əlbəyaxa dava ediblər. Bu davadan sonra qrup rəhbəri onlara pul verməyi dayandırıb. Çətin vəziyyətdə qalan dəstə üzvləri "iPhone" markalı mobil telefonlarını 150 dollara sataraq avtobusla Moldovaya qaçıblar.

Onlar Moldovada hoteldə gizlənərkən qrupun digər rəhbərləri Xəqani Gülalızadə və sevgilisi Nərmin Quliyeva ilə görüşüblər. Görüş zamanı Xəqaninin üzərində və Nərminin çantasında silah olub. Bu görüşdən qısa müddət sonra, Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə xüsusi əməliyyat keçirib. Hüquq-mühafizə orqanlarına  tapançalarla silahlı müqavimət göstərən Xəqani Gülalızadə və Nərmin Quliyeva atışma zamanı hadisə yerindəcə məhv ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində müttəhimlər ittihamları rədd etsələr də, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdim etdiyi təkzibolunmaz sübutlar - mobil nömrələrin Kiyevdə kəşfiyyat zabitinin evinin yaxınlığındakı anten stansiyalarında aktiv olması və silinmiş gizli yazışmalar cinayəti tam ifşa edib.

Məhkəmənin qərarı ilə qruplaşma üzvlərindən ikisini 5 il müddətinə azadlıqdan məhrum edilib.

İsrafilov Edik Nəbi oğlu (himayəsində 4 azyaşlı uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınıb) - 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Tatyana 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol