• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət proqramı ilə xaricdə təhsil alan azərbaycanlıların ən çoxu Türkiyədədir

Dövlət proqramı ilə xaricdə təhsil alan azərbaycanlıların ən çoxu Türkiyədədir
22.10.2026 10:40

2025/2026-cı tədris ilinin əvvəlində dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində oxuyan 2 045 azərbaycanlı gəncin ən çoxu Türkiyədə təhsil alıb - 715 nəfər. Bu, ümumi sayın təxminən 35%-ni təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 


Tələbələrin sayına görə ilk beşliyə Böyük Britaniya (438 nəfər), Macarıstan (212), ABŞ (174) və Çin (104) də daxildir. Bu beş ölkədə ümumilikdə 1 643 azərbaycanlı gənc təhsil alır.


Digər ölkələrdə təhsil alanların sayı isə Almaniyada 44, İtaliyada 28, Latviyada 26, Avstriyada 23, Fransada 19, Sinqapurda 14, Kanadada 12, Niderlandda 11, İsveçrədə və Rumıniyada 9, İrlandiyada 7, Koreya Respublikasında 7, İspaniyada 5, Portuqaliyada 4, Belçikada 3, Birləşmiş Ərəb Əmirliklərində və İsraildə 2, Çexiya, Finlandiya, İsveç və Malayziyada isə 1 nəfər oxuyur.


MDB ölkələrində təhsil alan 173 gəncin 158-i Rusiyada, 14-ü Qazaxıstanda, 1-i Tacikistanda təhsil alır.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:43
Füzulidə iki avtomobil toqquşub, 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol