• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov: Niderland şirkətlərini Abşeron göllərinin təmizlənməsi layihəsində görmək istərdik

Ceyhun Bayramov: Niderland şirkətlərini Abşeron göllərinin təmizlənməsi layihəsində görmək istərdik
26.10.2026 13:36

Azərbaycan hökuməti Abşeron yarımadasında 12 gölün reabilitasiyası və təmizlənməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır. Niderland şirkətləri də bu layihədə iştirak edə bilər. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Niderland su ehtiyatlarının idarə olunması sahəsində Avropanın və dünyanın aparıcı ölkələrindən biridir. Azərbaycanda da su ehtiyatlarının daha səmərəli idarə olunmasını nəzərdə tutan dövlət proqramı icra edilir.

Nazir qeyd edib ki, proqram ölkənin bütün ərazisini, o cümlədən işğaldan azad edilmiş əraziləri əhatə edir. Bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün potensial mövcuddur.

Bayramov bildirib ki, Abşeron yarımadasındakı 12 gölün bərpası və təmizlənməsi layihəsində dünyanın aparıcı şirkətlərinin təcrübəsindən istifadə olunması nəzərdə tutulur. Müvafiq tender və təklifvermə prosesləri çərçivəsində Niderland şirkətlərinin də iştirak etməsi arzuolunandır.

O, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə iki Niderland şirkətinin iştirak etdiyini və xidmətlər göstərdiyini diqqətə çatdırıb. Nazir gələcəkdə bu əməkdaşlığın genişləndirilməsinin mümkün olduğunu bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Ermənistan tərəfindən verilən rəsmi açıqlamaları diqqətlə izləyir. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi aydındır və sülh sazişinin mətni beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

Bayramov vurğulayıb ki, son bir il ərzində Azərbaycan sülh prosesinin irəliləməsi və real nəticələrin əldə olunması istiqamətində bir sıra birtərəfli addımlar atıb.

Aytac

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol