• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib

Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
03.11.2026 12:00

Milli Məclis 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanat qəbul edib.

Sənəddə 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyəti vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası, Ermənistanla sülh prosesi və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri qeyd olunub.

Bəyanatda bildirilib ki, 2020-ci il sentyabr-noyabr aylarında keçirilən Vətən müharibəsində qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın, ordunun və dövlətin birliyi nəticəsində əldə edilib.

Sənəddə qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri müharibə zamanı yüksək döyüş qabiliyyəti nümayiş etdirib, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları, Hadrut qəsəbəsi və ümumilikdə 300-ə yaxın yaşayış məntəqəsi işğaldan azad olunub. Şuşanın noyabrın 8-də azad edilməsi Vətən müharibəsinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilib.

Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının sonrakı günlərdə diplomatik səylər nəticəsində dinc yolla qaytarıldığı, 2020-ci ildə qazanılan qələbənin Azərbaycanın dövlət suverenliyinin tam bərpası üçün zəmin yaratdığı vurğulanıb.

Sənəddə 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatından sonra ölkənin bütün ərazisində konstitusiya quruluşunun bərpa edildiyi bildirilib.

Milli Məclis, həmçinin 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş Vaşinqton razılaşmalarının sülh prosesində əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülh sazişinin mətninin paraflanması uzun illər davam edən qarşıdurmanın aradan qaldırılması istiqamətində mühüm addımdır.

Bəyanatda uzunmüddətli sülhün təmin olunması üçün tərəflərin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsinin, ərazi iddialarına əsas verən şərtlərin aradan qaldırılmasının və düşmənçiliyə səbəb ola biləcək addımlardan çəkinməsinin vacibliyi vurğulanıb.

Sənəddə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, şəhər və kəndlərin yenidən qurulduğu, nəqliyyat və enerji infrastrukturu, təhsil və tibb müəssisələrinin yaradıldığı qeyd olunub. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasının onların pozulmuş hüquqlarının bərpasına xidmət etdiyi bildirilib.

Milli Məclis Azərbaycanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin dövlət müstəqilliyi və suverenliyinin qorunması üçün vacib olduğunu bəyan edib. Parlament Prezident İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, əhalinin rifahının yüksəldilməsi, azad edilmiş ərazilərin bərpası və davamlı sülhün təmin olunması istiqamətində siyasətini dəstəklədiyini bildirib.

Bəyanatın sonunda Milli Məclis Prezident İlham Əliyevi, birinci vitse-prezident Mehriban Əliyevanı, Silahlı Qüvvələrin hərbi qulluqçularını, şəhid ailələrini, qaziləri və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol