• $
  • €
  • ₽
  • ₺
  • £

DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib

DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
03.11.2026 13:40

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin payız-qış mövsümünə hazırlığı ilə bağlı xəbərdarlıq edib.

İdarədən verilən məlumatda bildirilib ki, qış fəsli yaxınlaşdıqca nəqliyyat vasitələrinin mövsümə uyğun təchizatına diqqət ayrılmalıdır: "Təbii ki, qarlı, buzlu, sürüşkən yolda avtomobil idarə etmək çətin və təhlükəlidir. Belə şərtlər altında mənzil başına təhlükəsiz çatmaq isə təcrübə ilə yanaşı, avtomobilin mövsümə uyğun təchizatından birbaşa aslıdır. Odur ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün nəqliyyat vasitələrinin sahibləri və sürücüləri payız-qış mövsümünə vaxtında hazırlaşmalıdır.

İlk növbədə avtonəqliyyat vasitələrinin şinlərinə diqqət yetirməlidir. Yəni, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü minik avtomobillərində 1,6 mm, yük avtomobillərində 1 mm, avtobuslarda 2 mm, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır.

Bununla yanaşı, avtomobilin şüşə silgəcləri və şüşəyuyanları, eləcə də xarici işıq cihazları hər zaman işlək vəziyyətdə olmalıdır.

Mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bununla yanaşı avtomobilin zəncir və dartı kəndiri ilə təchiz olunmasını təmin etməlidir. Salonda istiliyin təmin edilməsi məqsədilə, müvafiq sistemə, xüsusilə filtirlərə vaxtında baxış keçirilməlidir".

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol