• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır

İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
04.11.2026 11:09

2027-ci ildə səhiyyə xərclərinin 2 milyard 84,1 milyon manat olması nəzərdə tutulur. Bu, 2026-cı ilin büdcə layihəsindəki göstəricidən təxminən 59,8 milyon manat və ya 3% çoxdur. Bu 2027-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Artımın əsas istiqamətlərindən biri icbari tibbi sığortadır: bu məqsədlə ayrılan vəsaitin 200 milyon manat artırılaraq 1,1 milyard manata çatdırılması planlaşdırılır.

2027-ci ildə səhiyyə xərcləri 3% artırılacaq, icbari tibbi sığortaya 1,1 milyard manat ayrılacaq

2027-ci ildə Azərbaycanda səhiyyə xərclərinin 2 milyard 84,1 milyon manat olması nəzərdə tutulur. Bu, 2026-cı ilin dövlət büdcəsi layihəsindəki 2 milyard 24,3 milyon manatla müqayisədə 59,8 milyon manat və ya 3% çoxdur. Artımın əsas hissəsi icbari tibbi sığortaya ayrılan vəsaitin 200 milyon manat artırılaraq 1,1 milyard manata çatdırılması ilə bağlıdır.

2027-ci il büdcə layihəsinə əsasən, poliklinika və ambulatoriyaların saxlanılması xərcləri 20,3 milyon manatdan 13,1 milyon manata endiriləcək. Bu, 7,1 milyon manat və ya 35,2% azalma deməkdir.

Xəstəxanaların saxlanılmasına ayrılan vəsait isə 219,7 milyon manatdan 253,4 milyon manata yüksələcək. Artım 33,6 milyon manat və ya 15,3% təşkil edəcək.

Diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyətə 2,6 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin göstəricisindən 341 min manat və ya 11,5% azdır.

Səhiyyə sahəsində tətbiqi tədqiqatlara ayrılan vəsait 5,1 milyon manatdan 4,9 milyon manata düşəcək. Azalma 171 min manat və ya 3,3% təşkil edəcək.

İcbari tibbi sığorta fondu istisna olmaqla, səhiyyə proqramları və digər xidmətlərə ayrılan vəsaitin 876,2 milyon manatdan 710 milyon manata enməsi nəzərdə tutulur. Bu, 166,2 milyon manat və ya 19% azalma deməkdir. İcbari tibbi sığortaya ayrılan 900 milyon manatın 1,1 milyard manata çatdırılması isə həmin xərc bölməsinin ümumi məbləğini artırır.

Nazirliyin vəsaitindən ümumi və ixtisaslaşmış xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması və ixtisaslaşmış tibbi xidmətlərə 69,5 milyon manat, bərpa-müalicə sanatoriyalarına 10,1 milyon manat, qan köçürmə xidmətlərinə 2,6 milyon manat ayrılacaq. Səhiyyə sahəsində tədqiqat aparan təşkilatların saxlanılması üçün 2,5 milyon manat, sanitariya-epidemioloji tədbirlər üçün 57,4 milyon manat nəzərdə tutulub. Məhkəmə-tibbi, tibbi kriminalistik, tibbi bioloji və məhkəmə-kimyəvi ekspertizalar və digər xərclər üçün isə 151,6 milyon manat ayrılacaq.

Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinə 24,9 milyon manat vəsait yönəldiləcək. Bu, 2026-cı ilin 18,8 milyon manatlıq göstəricisindən 6,1 milyon manat və ya 32,4% çoxdur.

Onkoloji xəstələrin müalicəsi və reabilitasiyası, dərman təminatı və maddi-texniki bazanın gücləndirilməsi üçün Milli Onkologiya Mərkəzinə 64,3 milyon manat, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına isə 1,6 milyon manat ayrılacaq. Ümumilikdə bu istiqamətə 65,9 milyon manat nəzərdə tutulub.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə isə 8,6 milyon manat vəsait ayrılması planlaşdırılır.

Səhiyyə Nazirliyi tərəfindən xəstələrin dərman preparatları, özünənəzarət vasitələri və digər ləvazimatlarla təminatının yaxşılaşdırılması, xəstəliklərlə mübarizə və profilaktika tədbirlərinin maliyyələşdirilməsi üçün 99,6 milyon manat nəzərdə tutulub.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol