• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb

Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
04.11.2026 12:47

Bəzi rayon və qəsəbələrdə qazlaşdırma problemi həll olunmur. Bunu deputat Tənzilə Rüstəmxanlı bbildirib.

O, Qaravəlli massivinə və Yeni Qışlaq qəsəbəsinə qaz çəkilməməsindən şikayətlənib, problemin həlli üçün aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini deyib.

Deputat Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında bildirib ki, Qaravəlli massivinin qazlaşdırılması üçün texniki şərt hazırlanıb və bunun üçün 183 min manat vəsait tələb olunur.

“Yolun bu tərəfi, sağ tərəfi qazlaşdırılıb, yolun sol tərəfi isə müxtəlif bəhanələrlə qazlaşdırılmır. Cəmi 183 min manat pul lazımdır. SOCAR-ın nümayəndəsi ilə də görüşmüşəm, Azərqazla da görüşmüşəm. Yəni ən yaxın üç ildə heç olmasa bunun çəkiləcəyinə dair mənə söz verən yoxdur”, - deputat qeyd edib.

Rüstəmxanlı Yeni Qışlaq qəsəbəsində də qazlaşdırma probleminin sakinlərə, xüsusilə qadınlara çətinlik yaratdığını vurğulayıb.

“Özüm bir xanım olduğum üçün deyirəm, xanımlar orada qazsızlıqdan çox əziyyət çəkirlər. Baxın, hər fəsil gələndə özü ilə problemlərini gətirir. Yay ayı gələndə susuzluqdan əziyyət çəkirlər. İndi qış gəlir, mən rayona görüşə gedəcəyəm, o bölgədə görüş keçirməyə ehtiyat edirəm, çünki məndən qaz soruşacaqlar”, - o bildirib.

Deputat qeyd edib ki, problemin həlli üçün tələb olunan vəsaitin məbləği böyük olmasa da, onun həll edilməməsi sakinlər arasında narazılığa səbəb ola bilər.

“Buna görə də xırda, bəlkə çox balaca rəqəmlərdir, amma bununla böyük narazılıqlara yol verməmək lazımdır”, - Rüstəmxanlı əlavə edib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol