• $
  • €
  • ₽
  • ₺
  • £

2027-ci ildə pensiyaların 7,5% indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılacaq

2027-ci ildə pensiyaların 7,5% indeksləşdirilməsi üçün 575,5 milyon manat ayrılacaq
05.11.2026 11:28

2027-ci ildə əmək pensiyalarının təxminən 7,5% indeksləşdirilməsi proqnozlaşdırılır. Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 575,5 milyon manat vəsait nəzərdə tutulub. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639 manata, yaşa görə pensiyaların orta məbləğinin isə 680 manata çatacağı gözlənilir.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərcləri 9 milyard 273 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 789,5 milyon manat və ya 9,3% çoxdur.

Xərclərin 96,5%-ni və ya 8 milyard 950 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Bunun 8 milyard 669 milyon manatı əmək pensiyalarına, 280,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinətlərə yönəldiləcək.

Anar Əliyev qeyd edib ki, gələn il əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Yaşa görə pensiyaların orta məbləğinin gələn il üzrə orta aylıq əməkhaqqının 53%-ni, əmək pensiyalarının orta məbləğinin isə 50%-ni təşkil edəcəyi gözlənilir.

Fondun 2027-ci il üzrə gəlirlərinin 9 milyard 221 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 897,4 milyon manat və ya 10,8% çoxdur.

Gəlirlərin 82,3%-nin, yaxud 7 milyard 587 milyon manatının məcburi dövlət sosial sığorta haqları hesabına formalaşacağı gözlənilir. Bu daxilolmaların 67,5%-i qeyri-büdcə sektorunun payına düşəcək.

Fondun gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitin 1,6 milyard manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 100 milyon manat və ya 5,9% azdır.

Nazir bildirib ki, dövlət büdcəsindən ayrılan vəsaitin Fondun gəlirlərindəki payının 2017-ci ildəki 38%-dən 2027-ci ildə 17,4%-ə düşəcəyi gözlənilir. Onun sözlərinə görə, bu göstərici Fondun özünümaliyyələşdirmə imkanlarının artdığını göstərir.

Bundan əlavə, Fondun ilin əvvəlinə olan sərbəst vəsaitindən 52 milyon manatın 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol