• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dələduzluqda ittiham olunan şəxs Almaniyadan ekstradisiya edilib

Azərbaycanda dələduzluqda ittiham olunan şəxs Almaniyadan ekstradisiya edilib
06.11.2026 10:18

Mənzilləri təmir etdirmək adı ilə vətəndaşlara qarşı dələduzluqda ittiham olunan Elmir Nuriyev Almaniyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Elmir Elxan oğlu Nuriyevin yeri Almaniyada müəyyən edilib və o, həbs olunub. Noyabrın 6-da onun Azərbaycana ekstradisiyası həyata keçirilib.

Məlumata görə, Elmir Nuriyev 2021-ci ildə tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus mənzilləri təmir etdirəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməkdə, bununla da xeyli miqdarda ziyan vurmaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Ədliyyə Nazirliyinin məlumatına görə, Baş Prokurorluğun sorğusu, nazirliyin təqdim etdiyi müvafiq zəmanətlər və aparılan danışıqlardan sonra Nuriyevin Azərbaycana ekstradisiyasına razılıq əldə edilib.

O, Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin əməkdaşları tərəfindən Azərbaycana gətirilib. Məhkəmənin həbs qərarına əsasən, müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol