• $
  • €
  • ₽
  • ₺
  • £

Turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 5 illik vergi güzəşti təklif edilir

Turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 5 illik vergi güzəşti təklif edilir
06.11.2026 11:04

Azərbaycanda hotel və sanatoriya fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların gəlirlərinin, hüquqi şəxslərin isə mənfəətinin 50%-dək hissəsinin 2027-ci il yanvarın 1-dən beş il müddətinə vergidən azad edilməsi təklif olunur.

Güzəşt Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərdən əldə edilən gəlirlərə şamil ediləcək. Azadolmanın həcmi həmin xidmətlər üzrə dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun müəyyənləşdiriləcək, lakin 50%-dən çox olmayacaq.

Təklifin əsaslandırılmasında qeyd olunur ki, vergi güzəşti turizm axınının artırılması, xidmət ixracının stimullaşdırılması, regionlarda məşğulluğun genişləndirilməsi və ölkəyə valyuta daxilolmalarının artırılması məqsədi daşıyır.

Bildirilib ki, turizm sektorunun inkişafı qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi baxımından strateji prioritetlərdəndir. Xarici turistlərə göstərilən xidmətlər üzrə vergi güzəştlərinin investisiyaların cəlb olunmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyi gözlənilir.

Əsaslandırmada beynəlxalq konsaltinq şirkəti Oliver Wyman-ın da turizm sektorunun rəqabət qabiliyyətinin artırılması üçün fiskal stimulları, xüsusilə xarici turistlərə göstərilən xidmətlər üzrə vergi güzəştlərini tövsiyə etdiyi qeyd olunur.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol