• $
  • €
  • ₽
  • ₺
  • £

Gözəllik xidmətlərinə nağd ödənişlər üzrə 8% vergi təklif edilir

Gözəllik xidmətlərinə nağd ödənişlər üzrə 8% vergi təklif edilir
06.11.2026 11:08

Azərbaycanda gözəllik xidmətləri göstərən şəxslər üçün nağd dövriyyəyə 8%, nağdsız dövriyyəyə isə 6% sadələşdirilmiş vergi dərəcəsinin 5 il müddətinə tətbiqi təklif olunur. Eyni zamanda, ƏDV ödəyicisi olan bu sahənin subyektlərinin POS-terminal vasitəsilə əldə etdiyi nağdsız dövriyyənin 50%-nin ƏDV tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur.

Təklifin əsas məqsədi gözəllik xidmətləri sektorunda nağdsız ödənişləri təşviq etmək, dövriyyənin şəffaflığını artırmaq və qeyri-rəsmi məşğulluğun qarşısını almaqdır.

Əsaslandırmada qeyd olunur ki, gözəllik xidmətləri sektoru əsasən kiçik və fərdi sahibkarlıq subyektlərindən ibarətdir. Bu sahədə nağd dövriyyənin yüksək payı və qeyri-rəsmi məşğulluq riski vergi uçotunun şəffaflaşdırılmasını zəruri edir.

Diferensial vergi dərəcələrinin tətbiqinin sahibkarları nağdsız əməliyyatlara üstünlük verməyə və real dövriyyələrini bəyan etməyə təşviq edəcəyi bildirilir. ƏDV ödəyiciləri üçün POS-terminal vasitəsilə aparılan ödənişlər üzrə dövriyyənin 50%-nin ƏDV tutulan ümumi dövriyyədən çıxılması mexanizminin də nağdsız ödənişləri stimullaşdıracağı qeyd olunur.

2026-cı il yanvarın 1-dən gözəllik xidmətləri sektorunda göstərilən xidmətlərə də ƏDV-nin geri qaytarılması mexanizmi tətbiq edilir.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol