• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat kuryerlər üçün 1%-lik vergi rejiminin tətbiqini təklif edir

Deputat kuryerlər üçün 1%-lik vergi rejiminin tətbiqini təklif edir
06.11.2026 12:02

Deputat Azər Badamov kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulan 15 manatlıq sadələşdirilmiş verginin gəlirlərin 1%-i həcmində müəyyən edilməsini təklif edib.

O, həmçinin müstəqil fəaliyyət göstərən taksi sürücülərinin vergi öhdəliklərinin necə müəyyənləşdiriləcəyinə aydınlıq gətirilməsini istəyib.

“Operatorlarla əməkdaşlıq edən taksi sürücülərinin gəlirlərindən onlara ödənilən məbləğin 1%-nin vergiyə cəlb olunması çox düzgün, ədalətli yanaşmadır. Amma burada bir sual meydana gəlir: bütün taksi sürücüləri operatorlarla fəaliyyət göstərmir. Müstəqil fəaliyyət göstərən taksi sürücülərinin vergi öhdəliyi necə müəyyən olunacaq?” – deputat bildirib.

Azər Badamov kuryerlər üçün də taksi sürücülərində olduğu kimi 1%-lik vergi rejiminin tətbiqini təklif edib.

“Kuryer fəaliyyəti ilə məşğul olan şəxslərə 15 manat sadələşdirilmiş vergi müəyyən olunur. Yaxşı olardı ki, kuryer fəaliyyəti ilə məşğul olan şəxslər də taksi fəaliyyəti ilə məşğul olan şəxslər kimi 1%-lik vergi rejiminə cəlb olunsunlar. Çünki kuryer fəaliyyəti göstərən şəxslərin də hamısının eyni gəlirləri olmur və onlar bu fəaliyyətlə davamlı şəkildə məşğul olmurlar”.

Deputatın sözlərinə görə, kuryerlərin fəaliyyəti rəqəmsal platformalar üzərindən həyata keçirildiyindən onların iş rejiminə və gəlirlərinə həmin platformalar vasitəsilə nəzarət etmək daha rahatdır.

Yeni vergi məcəlləsinə görə kuryerlər hər ay 15 manat vergi ödəyəcək.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol