• $
  • €
  • ₽
  • ₺
  • £

Aqrar sahədə uçotun olmaması kölgə iqtisadiyyatının əsas səbəblərindəndir - deputat

Aqrar sahədə uçotun olmaması kölgə iqtisadiyyatının əsas səbəblərindəndir - deputat
06.11.2026 12:09

Azərbaycanda kənd təsərrüfatında uçotun aparılmaması kölgə iqtisadiyyatının əsas səbəblərindən biridir. Bunu deputat Ziyad Səmədzadə Milli Məclisdə çıxışı zamanı deyib.

Deputat hesab edir ki, aqrar sektorda vergi güzəştləri ilə yanaşı, uçot sisteminin mərhələli tətbiqi istehsalın, gəlirlərin və əmək məhsuldarlığının real göstəricilərinin müəyyənləşdirilməsinə imkan verəcək.

“Azərbaycan iqtisadiyyatının ən mühüm sahələrindən biri olan kənd təsərrüfatında uçot yoxdur. Orada sözün əsl mənasında insanlar işləyirlər, neçəyə istehsal edirlər, məhsul neçəyə başa gəlir, nə qədər vergi ödəməlidir – bütün bunlar haqqında həmişə narahatlıqla danışırdıq”, – deputat bildirib.

O qeyd edib ki, uçotun olmaması kölgə iqtisadiyyatının miqyasını artırır və məşğul əhali ilə muzdlu işçilərin nisbətində də özünü göstərir.

“Azərbaycan MDB məkanında muzdlu işçilərin məşğul əhaliyə nisbətində ən axırıncı yerlərdən birini tutur. Dünya ölkələri üzrə bu rəqəm 70 faizdir, 80 faizdir, Azərbaycanda dəfələrlə aşağıdır. Nəyin hesabına? Hələ də kölgə iqtisadiyyatının, uçotun olmaması hesabına. Amma bu tədbir müəyyən dərəcədə bu boşluğun aradan qaldırılmasına imkan verəcəkdir”, – Səmədzadə deyib.

Deputat kənd təsərrüfatında uçotun mərhələli şəkildə tətbiqini və vergi güzəştlərinin nəzərdə tutulmasını tarixi dönüş kimi qiymətləndirib. Onun sözlərinə görə, bu, gələcəkdə Azərbaycan aqrar sektorunun dünya statistikasında real göstəricilərlə təmsil olunmasına, məhsulun maya dəyərinin, əmək məhsuldarlığının və rentabelliyin müəyyənləşdirilməsinə şərait yaradacaq.

Səmədzadə çıxışında heyvandarlıqda mal-qaranın sayının azalmasına da diqqət çəkib. O bildirib ki, bəzi rayonlarda heyvanların sayı 20-25% azalıb və bu tendensiyanın səbəbləri araşdırılmalıdır. Deputat Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın genişləndirilməsi və təkrar istehsalı ilə bağlı tədbirləri ön plana çəkməsinin vacibliyini vurğulayıb.

O, həmçinin bağlanan və yeni açılan müəssisələrin sayının müqayisəli təhlilini təklif edib. Bildirib ki, hər il təxminən 30-40 min kiçik müəssisə bağlanır və yeni müəssisələr açılsa da, onların iqtisadi effekti bağlananların təsirini dərhal kompensasiya etmir.

Deputat hesab edir ki, aqrar sektorda uçotun tətbiqi sahibkarlığın inkişafına, fermer təsərrüfatlarının böyüməsinə və kənd yerlərində məşğulluğun artmasına yeni imkanlar yarada bilər.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol