• $
  • €
  • ₽
  • ₺
  • £

Orxan Nəzərli: ətin qiyməti ilə bağlı risk görmürük

Orxan Nəzərli: ətin qiyməti ilə bağlı risk görmürük
06.11.2026 13:22

Aqrar sektorda gəlir və mənfəət vergisi ödəyiciləri üçün vergi dərəcəsi 20%-dən 2%-ə endirilib. Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.

Onun sözlərinə görə, güzəştlər əsasən uçot aparan və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olan təsərrüfat subyektlərinə şamil edilir.

“Ət qiymətlərində bahalaşma ilə bağlı aqrar sektora toxundum. Orada idxalda ƏDV güzəşti veriləcək. Hansısa xüsusi risk görmürük. Ən çox müzakirə olunan, qaldırılan məsələ aqrar sektorla bağlı olduğu üçün onunla başlamaq istərdim”, – Nəzərli deyib.

O qeyd edib ki, aqrar sahədə gəlir və mənfəət vergisi rejimində fəaliyyət göstərən ödəyicilər 20% əvəzinə 2% vergi ödəyəcəklər. Bu, vergi yükünün 90% azaldılması deməkdir.

Nəzərlinin sözlərinə görə, gəlir və mənfəət vergisi ödəyicisi olmayan, sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün də müəyyən şərtlərlə güzəştlər nəzərdə tutulur. Bu şərtlər əsasən EKTİS-də qeydiyyat və uçotun aparılması ilə bağlıdır.

“Uçot o baxımdan təşviq edilməlidir ki, güzəştlər məhz uçotda olan, fəaliyyətini rəsmiləşdirən subyektlərə veriləcək”, – o bildirib.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol