• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid təklif edilir - nazir müavini

Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid təklif edilir - nazir müavini
11.11.2026 11:40

Azərbaycanda kənd təsərrüfatı və ictimai iaşə sahələrində minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi, əməkhaqqı ödənişlərinin elektronlaşdırılması və üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün azı altı aylıq sosial sığorta stajının müəyyən edilməsi təklif olunur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev bu təklifləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə təqdim olunan qanun layihəsi barədə danışarkən açıqlayıb.

Onun sözlərinə görə, layihə əməkhaqqı təminatlarının gücləndirilməsi, ödənişlərdə şəffaflığın artırılması, sosial sığorta mexanizmlərinin təkmilləşdirilməsi və işçilərin istirahət hüququnun təmin edilməsi üzrə dörd əsas istiqaməti əhatə edir.

Layihəyə əsasən, müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, həmçinin həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün minimum saatlıq əməkhaqqının tətbiqi nəzərdə tutulur.

Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqı əsasında hesablanan saatlıq tarif maaşından yüksək müəyyən edilməsi təklif olunur. Sistemin tətbiq ediləcəyi sahələr Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin əhatə olunması nəzərdə tutulur.

Digər təklif əməkhaqqı və işçilərə ödənilən digər məbləğlərin elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsidir. Ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ötürülən məlumatlar əsasında, Mərkəzi Bank tərəfindən müəyyən olunan sistem vasitəsilə aparılması nəzərdə tutulur.

Eyni zamanda, işçinin əməkhaqqının köçürülməsi üçün bank hesabını sərbəst seçməsi təmin ediləcək.

Zaur Əliyev bildirib ki, mexanizm əməkhaqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsini deyil, faktiki ödənilən məbləğin də elektron məlumatlar əsasında izlənilməsini mümkün edəcək.

Onun sözlərinə görə, bu yolla əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya bir hissəsinin gizlədilməsi hallarının aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi yaradılacaq.

Sistem işçilərə əməkhaqqı, digər ödənişlər, qanunvericilikdə nəzərdə tutulan tutulmalar və gəlir tarixçəsi barədə məlumatlara elektron çıxış imkanı da verəcək. Həmçinin işəgötürənlərin hesabatlılıq yükünün azaldılması, vergi və sosial sığorta məlumatlarının operativ formalaşdırılması, məzuniyyət, ezamiyyə və müvəqqəti əmək qabiliyyətsizliyi zamanı orta əməkhaqqının avtomatik hesablanması nəzərdə tutulur.

Qanun layihəsində üç yaşınadək uşağa qulluğa görə müavinət almaq hüququnun yaranması üçün azı altı aylıq sosial sığorta stajı tələbinin müəyyən edilməsi də təklif olunur.

Zaur Əliyev qeyd edib ki, hazırkı hüquqi tənzimləmədə minimum sosial sığorta stajı tələbinin olmaması sistemdən sui-istifadə risklərini artırır və müavinətin məbləğinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini çətinləşdirir.

Onun sözlərinə görə, yeni tələb formal əmək münasibətlərinin yaradılması riskini azaltmağa və sosial sığorta sisteminin maliyyə dayanıqlığını gücləndirməyə xidmət edəcək. Bununla yanaşı, uşağa qulluğa görə sosial məzuniyyət hüququ saxlanılır. Altı aylıq staj tələbi yalnız müavinət almaq hüququna aid olacaq.

Layihənin digər istiqaməti işçilərin əmək məzuniyyətindən faktiki istifadə hüququnun təmin edilməsidir.

Təklifə əsasən, əmək münasibətlərinə xitam verilməsi zamanı kompensasiya ödənilməsi istisna olmaqla, Əmək Məcəlləsində nəzərdə tutulan minimum 21 təqvim günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması nəzərdə tutulur.

Nazir müavini bildirib ki, məqsəd məzuniyyət hüququnun yalnız maliyyə təminatı kimi deyil, işçinin istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulmuş hüquq kimi reallaşdırılmasıdır.

Layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi hallarının da daha dəqiq müəyyənləşdirilməsi təklif olunur. Müvafiq dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidmət keçməni tənzimləyən qanunvericilik aktlarına da şamil edilməsi nəzərdə tutulur.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol