• $
  • €
  • ₽
  • ₺
  • £

Regionlarda problemləri çəkən jurnalistlər təzyiqlə üzləşir -deputat

Regionlarda problemləri çəkən jurnalistlər təzyiqlə üzləşir -deputat
11.11.2026 12:57

Milli Məclisin deputatı Naqif Həmzəyev regionlarda sosial və infrastruktur problemlərini işıqlandıran jurnalistlərin təzyiqlərə məruz qaldığını bildirir.

O, bəzi hallarda həmin məlumatları yayımlayan jurnalistlərin işdən çıxarıldığını və ya təqib olunduğunu bildirib.

Deputat parlamentdə çıxışı zamanı qeyd edib ki, regionlarda bəzi yaşayış binalarının təmir olunmaması, yolların yararsız vəziyyətdə qalması kimi problemlər mediada işıqlandırılarkən maneələrlə üzləşir.

“Bəzi evlər var ki, medianı da ümumiyyətlə çəkməyə, işıqlandırmağa qoymurlar. Hansı media o məlumatı işıqlandırırsa, həmin jurnalist ümumiyyətlə bəlkə də işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Bu, yaxşı hal deyil. Problemi gizlətməklə, onu növbəti illərə ötürməklə biz heç nə əldə etmirik”, - Həmzəyev bildirib.

Deputat hökumət nümayəndələrinin regionlara səfərləri zamanı yerli icra hakimiyyəti orqanlarının əvvəlcədən müəyyən etdiyi marşrutdan kənara çıxaraq sakinlərlə görüşməsini təklif edib. Onun sözlərinə görə, bu halda hökumət üzvləri yerlərdəki problemləri birbaşa görə bilərlər.

Həmzəyev çıxışında məktəblərdəki bufetlərdə təqdim olunan qidaların keyfiyyətinin araşdırılmasının və ibtidai sinif şagirdlərinin gündə bir dəfə isti yeməklə təmin edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini də təklif edib.

O, həmçinin regionlarda, xüsusilə 1960-1980-ci illərdə tikilmiş yaşayış binalarının təmirindəki problemlərə diqqət çəkib. Deputat bildirib ki, bəzi binalarda yalnız dam örtüyü təmir edilir, girişlər, liftlər və pilləkənlər isə yararsız vəziyyətdə qalır.

Deputat Gəncədə kanalizasiya layihəsi ilə əlaqədar asfaltlanmayan yollar məsələsini də qaldırıb. Onun sözlərinə görə, 2011-ci ildən sakinlərə kanalizasiya işləri başa çatdıqdan sonra yolların asfaltlanacağı bildirilsə də, 2026-cı ilin sonuna yaxın hələ də asfalt örtüyü olmayan küçələr var.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol