• $
  • €
  • ₽
  • ₺
  • £

Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat

Ağsunun kəndlərində bəzi məktəblər acınacaqlı vəziyyətdədir - deputat
13.11.2026 13:30

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ağsunun bir sıra kəndlərində yeni məktəb binalarının tikilməsinə, şəhər məktəblərinin təmirinin başa çatdırılmasına və içməli su təchizatının yaxşılaşdırılmasına ehtiyac olduğunu açıqlayıb.

Deputat qeyd edib ki, Ağsunun bir sıra kəndlərində tam orta məktəb binalarının tikintisi zəruridir. Onun sözlərinə görə, kəndlərdə əhali sıxlığı yüksəkdir və məktəblərin inşası sakinlərin yaşadıqları ərazilərdə qalmasına, daxili miqrasiyanın qarşısının alınmasına da kömək edə bilər.

Mirzəbəylinin sözlərinə görə, Kəndoba kənd məktəbi də acınacaqlı vəziyyətdədir. Ağsu şəhərindəki 2 saylı məktəbdə isə uzun müddətdir davam edən təmir işləri yekunlaşmadığından şagirdlər başqa məktəblərdə təhsil almağa məcbur olurlar.

Deputat Ağsunun əsas problemlərindən birinin içməli su təchizatı olduğunu da vurğulayıb.

“Ağsunun ən böyük problemlərindən biri də adının özü ilə reallığının paradoksal olmasıdır. Yəni adında su var, amma şəhərin ən böyük problemi su problemidir”, – o bildirib.

O hesab edir ki, Ağsu şəhərinin içməli su təminatını yaxşılaşdırmaq üçün İsmayıllı rayonu ərazisindən təxminən 7 kilometrlik su kəmərinin çəkilməsi problemin həllinə kömək edə bilər.

Deputat Bakı-Oğuz-Qəbələ su kəmərinin yaxınlığında yerləşən kəndlərin də su təchizatına diqqət çəkib. Onun sözlərinə görə, Daştəmirbəyli, Çaparxlı, Qiyaslı, Ərəbuşağı, Ağalarbəyli, Abasqanlı, Qaraqoyunlu və Musabəyli kəndlərinə qısa məsafəli su xətləri çəkilməklə sakinlərin içməli suya çıxışını yaxşılaşdırmaq mümkündür.

Mirzəbəyli bildirib ki, bu problemlərin həlli yerli və regional qurumların imkanları ilə məhdudlaşmır və müvafiq səviyyədə dəstək tələb edir.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Cəmiyyət 21:45
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Cəmiyyət 21:13
Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Cəmiyyət 19:54
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək şantaj edən şəxs saxlanılıb
Sumqayıtda yol çöküb
Cəmiyyət 19:16
Sumqayıtda yol çöküb
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Cəmiyyət 18:30
Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Cəmiyyət 18:09
Prokurorluqda işə qəbul üzrə yazılı imtahanın tarixi dəyişdirilib
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Cəmiyyət 18:06
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub
Tovuzda hamilə qadın bıçaqlanıb
Cəmiyyət 17:26
Tovuzda hamilə qadın bıçaqlanıb
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Cəmiyyət 15:22
Maliyyə Nazirliyi 9 ayda 114 hüquqi aktın layihəsini hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol