• $
  • €
  • ₽
  • ₺
  • £

"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura

"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
17.11.2026 13:55

Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmadan təqdim edilən bu cür yanaşma ictimai rəyi çaşdıran manipulyasiya nümunəsidir.

Bu barədə Media və Yayım Şurasının açıqlamasında bildirilib.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda həmin vəzifəni tutduqları müddətdə onların peşəkar dini fəaliyyətinin dayandırılması qanunvericilikdə artıq təsbit olunmuşdu. Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də məhz qüvvədə olan bu hüquqi normaya əsaslanır və mövcud tələbi sistemləşdirir.

Qeyd olunan müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir. Bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə, qanunvericilik normalarını əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli şəkildə təhlil etməyə və ictimaiyyətə yalnız dəqiq, təsdiqlənmiş informasiya təqdim etməyə çağırır”, - açıqlamada deyilir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Cəmiyyət 12:48
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Cəmiyyət 12:07
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Cəmiyyət 11:52
Deputat Hövsan və Yeni Suraxanıda infrastrukturun yenilənməsini təklif edib
Bakıda 8 aylıq hamilə qadın ölüb
Cəmiyyət 11:44
Bakıda 8 aylıq hamilə qadın ölüb
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:28
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb
Deputat kiçik sahibkarlar üçün yeni bazar dəstəyi proqramı istəyir
Cəmiyyət 11:17
Deputat kiçik sahibkarlar üçün yeni bazar dəstəyi proqramı istəyir
Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:41
Gürcüstandan 74 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Cəmiyyət 10:39
Azərbaycanda yol qəzalarında 500 nəfər ölüb
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Cəmiyyət 10:22
Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol