Qazaxda iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb

Qazax rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb, Report xəbər agentliyi bildirib.
Qəza rayonun Aslanbəyli kəndi ərazisində, Yuxarı Salahlı–Kəmərli avtomobil yolunda baş verib.
Məlumata görə, üç nəfər hadisə yerində ölüb. Hadisə ilə bağlı araşdırma başlanılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azyaşlı qızına qarşı seksual zorakılıq hərəkətlərinə görə ana və sevgilisinə hökm oxunub























