Sabah Ağdaşın 15 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər başa çatanadək Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə və Əmirarx kəndlərinin qaz təchizatı dayandırılacaq.
Son xəbərlər 
Daha çox 























