• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell jurnalistlər üçün növbəti seminar təşkil edib

Bakcell jurnalistlər üçün növbəti seminar təşkil edib
23.12.2015 13:40
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 18-20 dekabr tarixlərində jurnalistlər üçün növbəti seminar təşkil edib. 

Bu dəfə jurnalistlərdən ibarət qrup Qalaaltı kurort kompleksində toplaşıb. Bu seminarın məqsədi informasiya və kommunikasiya texnologiyaları, həmçinin ümumilikdə mobil telekommunikasiya haqqında jurnalistlərin məlumatlılığının artırılması, eyni zamanda mobil telekommunikasiyanın bugünü və gələcəyi, əşyaların interneti kimi trend mövzular, loyallıq proqramlarının effektivliyi, müştərilərin mobil operatorlardan gözləntiləri və digər maraqlı mövzular barəsində məlumatları paylaşmaq idi.

Seminar zamanı iştirakçılar Bakcell şirkətinin şəbəkə üstünlüyü və müştəri məmnuniyyəti sahəsindəki nailiyyətləri, eyni zamanda şirkətin telekommunikasiya sahəsində ölkədə lider mövqeyə sahib olmasına təsir edən digər mühüm aspektlər barədə məlumatlandırıblar.

Şirkətin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu abunəçilərin mobil operatordan nə gözlədikləri və şirkətin müştərilərin artan gözləntilərini qarşılaması üçün hansı tədbirlər görməsinin vacib olduğu barədə söhbət açıb. "Bakcell”in Məlumat Mərkəzinə şəbəkə ilə bağlı edilən müraciətlərin sayının son bir il ərzində 61% azalması faktını nəzərə alaraq, xanım Bostancıoğlunun qeyd olunan dəyişikliyə təsiri izah edən təqdimatı böyük maraqla qarşılanıb.

Yeni texnologiyalar və keyfiyyətin təmin edilməsi departamentinin rəhbəri Roman İqnatenko Bakcell şirkətinin ölkədə ən geniş əhatə dairəsi olan ən etibarlı şəbəkəyə malik olması və abunəçilərin operatorun getdikcə daha üstün rabitə xidmətlərindən yararlana biləcəkləri barədə məlumat verib.

Yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov öz növbəsində telekommunikasiya sahəsində trendlər barədə və eyni zamanda getdikcə daha da populyarlaşan M2M texnologiyaları barədə söhbət açıb.

Əlavə dəyər xidmətləri, elektron xidmətlər və applikasiyalar yarımbölməsinin rəhbəri Elçin Quliyev getdikcə daha çox tələbat duyulan mobil video məzmun barədə, eyni zamanda müştəri məmnuniyyətinin ən üstün səviyyəyə çatdırılması və abunəçilərin ən etibarlı şəbəkədən tam şəkildə faydalanması üçün Bakcell şirkətinin gördüyü işlər barədə məlumat verib.

Müştərilərin inkişafı bölməsinin rəhbəri Zaur Cəlilov bir müddət öncə Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində "Ən yaxşı istehlakçı xidməti” adına layiq görülən Ulduzum proqramı nümunəsində sadiqlik proqramlarının rolu barədə məlumatı iştirakçılarla paylaşıb.

"Telekommunikasiya sahəsi çox böyük sürətlə inkişaf edir. Biz az qala hər gün bu sahədə baş verən yeniliklər haqqında eşidirik. Artıq ikinci ildir ki, "Mobil telekommunikasiyaya giriş” adlı xüsusi təlim proqramı vasitəsilə bu sahədə yazan jurnalistlər üçün seminarlar təşkil edirik. Burada haqqında danışdığımız hər bir mövzu mətbuatda telekommunikasiya ilə bağlı yazılanların təhlili, eyni zamanda Bakcell komandası ilə jurnalistlərin müzakirələri zamanı meydana çıxır. Biz, şirkət olaraq telekommunikasiya haqqında yazan jurnalistlərin daha çox məlumatlı olmasını istəyirik. Seminarlardan sonraki qiymətləndirmə göstərir ki, bu sahədə trend olan mövzular auditoriya tərəfindən çox yaxşı mənimsənilir”, - deyə Bakcell şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.






www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol