• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”-nın rəsmi sponsoru oldu

Bakcell “UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”-nın rəsmi sponsoru oldu
17.03.2016 16:43
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin baş ofisində "UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016”-nın Yerli Təşkilat Komitəsi ilə Bakcell arasında sponsorluq müqaviləsinin imzalanması mərasimi keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer tərəfindən imzalanmış bu sponsorluq müqaviləsinin şərtlərinə əsasən Bakcell şirkəti 5 may - 21 may 2016-cı il tarixləri arasında Azərbaycanda keçiriləcək çempionatın təşkilati işlərinə maliyyə dəstəyi göstərməklə yanaşı turnirin mobil rabitə partnyoru olmaqla Yerli Təşkilat Komitəsinin əməkdaşlarını mobil cihazlar və rabitə ilə təmin edəcək.

"Azərbaycanda mühüm idman tədbirlərinin keçirilməsi ənənəvi hal alıb. Biz də milli operator olaraq öz növbəmizdə bu tədbirlərə dəstək göstərməyi özümüzə borc hesab edirik. Azərbaycanda futbolun inkişaf etdirilməsi istiqamətində AFFA ilə tərəfdaşlığımız çərçivəsində davamlı şəkildə bir çox işlər görmüşük. Bundan öncə Azərbaycanda keçirilən FIFA U-17 Qadınlararası Dünya Çempionatının da rəsmi sponsoru olmuşduq. Bu il Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatının keçirilməsində əlimizdən gələn dəstəyi göstərməyimiz üçün AFFA tərəfindən verilən imkana görə təşəkkürümüzü bildiririk”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

AFFA-nın baş katibi Elxan Məmmədov: "Sevindirici haldır ki, 2012-ci ildən etibarən Bakcell şirkəti təkcə AFFA ilə deyil, ümumilikdə Azərbaycan futbolu ilə həmrəylik nümayiş etdirir. Bildiyiniz kimi, FIFA U-17 Qadınlararası Dünya Çempionatı

Azərbaycan 2012-nin təşkili zamanı da biz Bakcell şirkəti ilə əməkdaşlıq etmişik. İndi isə Bakcell bu il mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatının rəsmi sponsoru olacaq. Bundan əlavə, Bakcell-in əməkdaşlığı ilə "Mançester Yunayted Futbol Məktəbi” layihəsi də uğurla həyata keçirilir. Ümid edirəm ki, gələcəkdə də bu səmərəli əməkdaşlığı davam etdirəcəyik”.

Qeyd edək ki, FIFA U-17 Avropa Çempionatı UEFA-nın üzvü olan ölkələrin U-17 milli yığma komandaları arasında 2001-ci ildən etibarən keçirilir. Sonuncu dəfə 2015-ci ildə bu çempionat Bolqarıstanda keçirilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol